Avropa İttifaqı 31 avqustda Nigerə qarşı sanksiyaları və ECOWAS-ın ölkəyə müdaxiləsinə dəstəyi müzakirə edəcək.
APA xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, həmin tarixdə İspaniyada Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Nazirlər görüş zamanı həmin regionla sıx əlaqələr saxlayan Fransanın mövqeyini də dinləyəcəklər.