Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46 100 nikah və 14 316 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.