Avropa Komissiyası oğurluğa görə Somaliyə yardımı dayandırıb

Avropa Komissiyası oğurluğa görə Somaliyə yardımı dayandırıb
# 20 sentyabr 2023 06:48 (UTC +04:00)

Avropa Komissiyası BMT-nin Somalidəki Ümumdünya Ərzaq Proqramının maliyyələşdirilməsini müvəqqəti olaraq dayandırıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Avropa Komissiyasının sözçüsü Balazs Ujvari deyib ki, BMT-nin araşdırması zamanı proqramdan vəsaitlərin oğurlandığı üzə çıxıb və maliyyələşdirmə dayandırılıb.

“Müəyyən edilmiş məsələlərin həllinə aydınlıq gətirilənə və təminat verilənə qədər əlavə ödənişlər dayandırılacaq”.

Qeyd olunur ki, pulların oğurlanmasında yerli hakimiyyət orqanları, təhlükəsizlik qüvvələri, humanitar işçilər və torpaq mülkiyyətçiləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR