Benində neft anbarında baş verən yanğında 34 nəfər həlak olub - FOTO - YENİLƏNİB

Benində neft anbarında baş verən yanğında 34 nəfər həlak olub   - FOTO  - YENİLƏNİB
# 24 sentyabr 2023 01:40 (UTC +04:00)

Benində 34 nəfərin öldüyü yanğına müştərilərdən birinin ehtiyatsız davranışı səbəb olub.

APA-nın yerli KİV-ə istinadla xəbərinə görə, həlak olanlar arasında 3 qadın və 2 uşaq da var.

Qeyd edək ki, hökumət bir müddət əvvəl yanacaq qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər görməyə çalışsa da, sonradan güzəştə gedib.

***

23.30

Beninin şərqində neft anbarını əhatə edən yanğında azı 34 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə rəsmi qurumlar məlumat yayıb. Bundan əvvəl Benin xəbər portalı Beninwebtv 30-a yaxınşəxsin öldüyünü bildirmişdi.

Yanğın Nigerlə sərhəddəki Seme Krak şəhərindəki bazarda baş verib. Bazarda kustar üsulla istehsal olunan benzin anbarı yanıb.

Yerli hakimiyyət orqanları şəhərə dəymiş ziyanın həcmini müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR