BMT Malidəki sülhməramlı missiya (MINUSMA) kontingentinin ölkədən çıxarılmasının birinci mərhələsini başa çatdırıb.
APA xəbər verir ki, bu barədə “France24” telekanalı məlumat yayıb.
Missiya rəhbərinin sözlərinə görə, ikinci mərhələ daha çətin olacaq.
Hazırda missiyanın ölkədən çıxarılmasının ikinci mərhələsinə başlanıb ki, bu proses 31 dekabr 2023-cü il tarixə qədər başa çatmalıdır. İkinci mərhələdə daha çox baza və hərbi personal Malidən çıxarılacaq. Ümumilikdə 13 minə yaxın hərbçi təxliyə ediləcək.