Bank Of Baku

BMT-nin Mərkəzi Afrika Respublikasındakı sülhməramlısı ölüb

BMT-nin Mərkəzi Afrika Respublikasındakı sülhməramlısı ölüb
# 11 iyul 2023 08:55 (UTC +04:00)

Ruandadan olna BMT-nin sülhməramlısı Mərkəzi Afrika Respublikasında öldürülüb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə Mərkəzi Afrika Respublikasının şimal-şərqində patrula edilən hücum zamanı baş verib.

“Hücum Sam-Uanja şəhərindən 3 kilometr aralıda baş verib. Üç hücumçu öldürülüb, biri əsir götürülüb”, - deyə agentlik BMT-dən sitat gətirib.

BMT sülhməramlıları 2014-cü ildə prezident Fransua Bozizenin "Selek" üsyançıları tərəfindən devrilməsindən sonra bu ölkəyə göndərilib.

Bundan sonra bütün ölkəni dini zəmində repressiya dalğası bürüdü.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR