Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ölkəsinin Sudandan Britaniya vətəndaşlarının təxliyəsinə başladığını təsdiqləyib.
APA-nın Britaniya bürosunun xəbərinə görə, o, Sudanda yaşayan vətəndaşlarla birbaşa əlaqə saxlamağa və ölkədən çıxmaq üçün marşrutlar təqdim etməyə başladıqlarını deyib.
"Uçuşlar Britaniya pasportu olanlar üçün açıq olacaq və prioritet uşaqları olan ailə qruplarına, yaşlılara və tibbi vəziyyəti ağır olan şəxslərə veriləcək", o qeyd edib.
Xarici İşlər Nazirlliyindən verilən məlumata görə, Böyük Britaniyanın hərbi təyyarələri Xartum şəhərindən kənardakı aerodromdan uçacaq.
Qeyd edək ki, hazırda Sudanda təxminən 4 000 Britaniya pasportuna sahib olan şəxsin olduğu deyilir.