Burkina-Faso, Mali və Niger kollektiv müdafiə təşkilatı yaradıb

Burkina-Faso, Mali və Niger kollektiv müdafiə təşkilatı yaradıb
# 16 sentyabr 2023 22:53 (UTC +04:00)

Burkina-Faso, Mali və Niger, Sahel bölgəsində kollektiv müdafiə təşkilatı yaradacaq.

APA xəbər verir ki, bu barədə Malinin müvəqqəti prezidenti Assimi Qoita məlumat verib.

Bununla bağlı tərəflər nizamnamə imzalayıblar:

"Bu gün mən Burkina-Faso və Niger başçıları ilə ölkələrimizin xeyrinə kollektiv müdafiə və qarşılıqlı yardım yaratmaq məqsədi ilə Sahel Dövlətləri Alyansı yaradan Liptako-Qurma Xartiyasını imzaladım"

Liptako-Qurma tarixi zonası bu üç dövlətin sərhəd bölgələrində yerləşir. Hazırda onun ərazisində radikal silahlı qruplaşmalar fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR