Bank Of Baku

Burkina Fasoda 33 mülki şəxs həlak olub

Burkina Fasoda 33 mülki şəxs həlak olub
# 14 may 2023 23:44 (UTC +04:00)

Burkina-Fasonun silahlıların kəndi atəşə tutması nəticəsində 33 nəfər həlak olub.

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü regionun qubernatoru bildirib.

Babo qubernatoru Pyer Basinq fermerlərə hücumun 17:00 radələrində baş verdiyini söyləyib: “Muhun əyalətinin Çeriba departamentinin Yulou kəndi alçaqca və vəhşicəsinə hücuma məruz qalıb. Silahlılar çay boyu əkinçiliklə məşğul olan mülki insanları hədəfə alıblar”.

Yerli mənbələrin AFP-yə verdiyi məlumata görə, motosikletli hücumçular heç kimə fərq qoymadan atəş açıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR