Burkina Fasoda terrorçularla toqquşmada 55 əsgər həlak olub

Burkina Fasoda terrorçularla toqquşmada 55 əsgər həlak olub
# 06 sentyabr 2023 05:59 (UTC +04:00)

Burkina Faso təhlükəsizlik qüvvələrinin 55 üzvü ölkənin şimalında terrorçu qruplaşma ilə şiddətli toqquşma zamanı həlak olub.

APA “Le Monde”a istinadla xəbər verir ki, bu barədə Burkina Faso Ordusu məlumat yayıb.

Ordunun çərşənbə axşamı yaydığı bəyanatda deyilir ki, bazar ertəsi Yatenqa əyalətinin Koumbri kommunasına terrorçuların hücumu zamanı 17 əsgər və 36 könüllü həlak olub. “Bu, cəzasız qalmayacaq. Terrorçu ünsürlərin zərərsizləşdirilməsi üçün hər cür səy göstərilir”, - deyə bəyanatda bildirilib. Həmçinin döyüşlərdə silahlı qruplaşmanın onlarla üzvünün öldürüldüyü və döyüş texnikalarının məhv edildiyi vurğulanıb.

Burkina Faso İŞİD və Əl-Qaidə ilə əlaqəli silahlıların tez-tez hücumlarına məruz qalır ki, bu da minlərlə insanın ölümünə, iki milyondan çox insanın didərgin düşməsinə və on minlərlə insanın aclıq həddinə çatmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR