Çadda qızılaxtaranların toqquşması zamanı yüzdən çox adam ölüb

Daud Yaya İbrahim

© APA | Daud Yaya İbrahim

# 31 may 2022 01:28 (UTC +04:00)

Çadın şimalındakı Kuri Buqudi regionunda qızılaxtaranların toqquşması zamanı yüzdən çox adam ölüb, 40 nəfər yaralanıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, bunu ölkənin müdafiə naziri Daud Yaya İbrahim bildirib. Generalın sözlərinə görə, 2 nəfər arasında yaranan mübahisə qısa vaxtda qanlı toqquşmaya çevrilib. Hadisədən sonra regiona çox sayda canlı qüvvə və texnika yeridilib.

Yerli medianın məlumatına görə, cinayətkarlığın yüksək olduğu regiona qonşu ölkələrdən də qanunsuz olaraq qızılaxtaranlar gəlir. Ərazidə yüzlərlə qeyri-leqal mədən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR