Cənubi Afrika Respublikasında (CAR) yol qəzasında 18 nəfər həlak olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə avtobusla minik maşınının toqquşması nəticəsində baş verib.
Limpopo vilayətində baş verən qəza zamanı avtobus alışıb və 17 sərnişin yanaraq ölüb. Eyni zamanda, avtomobilin sürücüsü də həyatını itirib.
Qəza zamanı 8 nəfərin xəsarət aldığı qeyd olunub.