Cənubi Afrikanın Durban şəhəri sahillərində güclü dalğa nəticəsində azı 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə şənbə günü təcili yardım xidmətinə istinadən “The Citizen” qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, dalğa bir qrup insanı dənizə aparıb.
Qəzet yazır ki, bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onların vəziyyəti ağırdır.