CAR-da yol qəzası 20 nəfərin həyatına son qoyub

CAR-da yol qəzası 20 nəfərin həyatına son qoyub
# 18 sentyabr 2023 06:14 (UTC +04:00)

Cənubi Afrika Respublikasında (CAR) almaz istehsalçısı “De Beers” şirkətinin azı 20 əməkdaşı yol qəzasında həlak olub.

APA xəbər verir bu barədə AFP məlumat yayıb.

"Mədənçiləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza ən azı iyirmi işçinin həyatına son qoyub", - məlumatda deyilir.

Qəza ölkənin şimalında, Musina şəhərində şirkət işçilərini daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR