Cənubi Afrika Respublikasının (CAR) sabiq Prezidenti Ceykob Zuma həbsxanaya göndərilsə də, qısa zamanda azadlığa buraxılıb.
APA xəbər verir ki, bu barədə “The South African Broadcasting Corporation” (SABC) məlumat yayıb.
Məlumata əsasən, 10 avqustda CAR Prezidenti Matamela Siril Ramafoza tərəfindən əfv edilən 9488 məhbusun arasında Zuma da var.
Qeyd edək ki, ötən ayın 13-də CAR Konstitusiya Məhkəməsi sabiq Prezidentin cəzasının qalan hissəsini çəkmək üçün həbsxanaya qaytarılması barədə qərar qəbul edib.
Xatırladaq ki, 2021-ci ilin yayında Konstitusiya Məhkəməsi Zumanı məhkəməyə hörmətsizlikdə təqsirli bilib və ona 15 ay həbs cəzası verib. Zuma cəzasını 2021-ci il iyulun 8-də çəkməyə başlayıb və həmin il 6 avqustda xəstəxanaya köçürülüb.
2021-ci ilin sentyabrında sabiq prezidentin səhhəti ilə əlaqədar şərti azadlığa buraxılması barədə göstəriş verilib.