Bank Of Baku

CAR Prezidenti: Afrikanın Ukraynadakı sülhməramlı missiyası davam edəcək

CAR Prezidenti: Afrikanın Ukraynadakı sülhməramlı missiyası davam edəcək
# 19 iyun 2023 11:32 (UTC +04:00)

Afrikanın Ukraynadakı sülhməramlı missiyası davam edəcək.

APA xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposa bildirib.

Ramaposanın sözlərinə görə, Afrika ölkələri ümid edir ki, proses irəlilədikcə davamlı sülhə nail olmaq ilkin iki vacib şərt - münaqişənin gərginliyinin azaldılması və danışıqların təməli qoyula bilər.

CAR lideri onu da qeyd edib ki, Afrika Sülh Missiyası Ukraynada sülhə nail olmaq yollarını tapmaq üçün səylərini davam etdirəcək, Rusiya ilə Ukrayna liderləri ilə əlaqələri davam etdirəcək.

Xatırladaq ki, Zambiya, Qəmər Adaları, Seneqal, CAR prezidentləri, Misirin Baş naziri, habelə Konqo və Uqanda nümayəndələrinin daxil olduğu yeddi Afrika ölkəsindən ibarət nümayəndə heyəti 16 iyunda Kiyevə səfər edib, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bunun ardınca isə nümayəndə heyətini Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimi Putin qəbul edib. CAR rəhbəri nümayəndə heyəti Ukraynada sülh prosesinin əsasını qoya biləcək 10 prinsipdən ibarət Afrika planını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR