Bank Of Baku

CAR Prezidenti: İstintaq Rusiya Federasiyasına silah tədarükü ilə bağlı fakt aşkar etməyib

CAR Prezidenti: İstintaq Rusiya Federasiyasına silah tədarükü ilə bağlı fakt aşkar etməyib
# 04 sentyabr 2023 04:04 (UTC +04:00)

Cənubi Afrika Respublikasında Rusiya Federasiyasına silah tədarükü ilə bağlı iddialarla bağlı araşdırma apardıqlarını açıqlayıblar.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa xalqa müraciətində silah transferinə dair dəlil tapmadıqlarını bildirib.

“Rusiyaya silah tədarükü ilə bağlı ittihamların heç biri təsdiqini tapmayıb. Heç bir silah ixracına icazə verilməyib və heç bir silah ixrac edilməyib”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ CAR-ı Rusiyanın “Ledi R” gəmisinə silah ötürməkdə ittiham edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR