Şənbə günü Cənubi Afrikanın şimalında yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
APA xəbər verir ki, bu barədə yerli SABC radiostansiyasının məlumatına görə, bazar günü Cənubi Afrikanın səhiyyə naziri Co Paahla bildirib.
"Ölənlərdən üçü partlayışdan zərər çəkmiş xəstəxananın işçiləridir", - nazir bildirib.
***
01:17
Cənubi Afrikanın Yohannesburq şəhərində yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 10 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İlkin məlumata görə, yanğınsöndürənlər də daxil olmaqla çox sayda insan yaralanıb.
Partlayışın gücündən yaxınlıqdakı xəstəxanaya da ziyan dəyib.