Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (ECOWAS) bütün mümkün vasitələrlə Nigerdə konstitusiya quruluşunu bərpa edəcək.
APA xəbər verir ki, bunu Birliyin Siyasi Məsələlər, Sülh və Təhlükəsizlik Müvəkkili Abdel-Fatau Musah ECOWAS dövlətlərinin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Qanada keçirilən görüşü zamanı bildirib.
Onun sözlərinə görə, diplomatik səylər uğursuz olarsa, Birlik Nigerə hərbi müdaxilə etməyə hazırdır.