Efiopiyanın Amhara əyalətində silahlı dəstələr tərəfindən hakimiyyəti ələ keçirməyə cəhd olub.
APA xəbər verir ki, bu barədə ölkənin kəşfiyyat xidmətinin rəhbəri bildirib.
Qeyd olunub ki, silahlı şəxslər əvvəlcə əyalətdəki hakimiyyəti devirməyə, sonra isə Efiopiyanın federal mərkəzinə hücuma cəhd edib.
Amhara əyalətində yerli hərbçilərlə silahlı dəstələr arasında toqquşmalar baş verəndən sonra fövqəladə vəziyyət elan edilib.