Bank Of Baku

Ekvadorda avtomobil təmiri sexinə hücum nəticəsində 10 nəfər ölüb

Ekvadorda avtomobil təmiri sexinə hücum nəticəsində 10 nəfər ölüb
# 30 aprel 2023 22:03 (UTC +04:00)

Ekvadorun Quayaquil şəhərində silahlı naməlum şəxslər avtomobil sexinə hücum ediblər. Nəticədə 10 nəfər öldürülüb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “Clarin” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda hüquq-mühafizə orqanlarının istintaq bölmələri cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

İlkin məlumata görə, cinayətkarlar sexdə futbola baxan bir qrup şəxsi güllələyiblər.

Qeyd edək ki, artan cinayətlər səbəbindən ötən ilin avqustundan Quayaquil şəhərində fövqəladə vəziyyət elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR