Bu gün Ekvatorial Qvineyada prezident, parlament və yerli orqanlara seçkilər keçirilir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, prezident postu uğrunda hazırkı 80 yaşlı dövlət başçısı Teodoro Obianq Nqema Mbasoqo olmaqla, 3 namizəd mübarizə aparır.
Artıq 43 ildir hakimiyyətdə olan Teodoro Obianq Nqema Mbasoqo bu seçkilərdə də favorit sayılır və 6-cı dəfə prezident seçilərək daha 7 il hakimiyyətdə qalacağı şübhə doğurmur.
Prezidentin lideri olduğu hakim Demokrat Partiyası yenə də parlamentin hər iki palatasına keçirilən seçkilərdə yerlərin əksəriyyətinə sahib olmaq niyyətindədir.
Qeyd edək ki, Ekvatorial Qvineya OPEK-ün üzvüdür, ölkənin əsas gəlirləri neft satışından əldə edilir. Ölkə əhalisinin 44 faizi kasıblıq həddində yaşayır.