İspaniyanın Kanar adalarında meşə yanğını səbəbindən 4 mindən çox insan təxliyə edilib.
APA xəbər verir ki, bu barədə bazar günü “El Pais” qəzeti məlumat yayıb.
Yanğın şənbə günü gecə Palma adasındakı Puntagorda yaxınlığında baş verib. İndiyədək 4,6 min hektara yaxın meşə sahəsini bürüyən yanğın nəzarət altına alınmayıb.
Yanğın indiyədək 12 evi məhv edib. Yanğınla mübarizə üçün hava avadanlıqlarından istifadə olunur.