Bank Of Baku

Ərdoğan Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb, tərəfləri atəşkəsə çağırıb

Ərdoğan Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb, tərəfləri atəşkəsə çağırıb
# 20 aprel 2023 17:11 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, Sürətli Dəstək Qüvvələri Komandanı Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı tərəfləri münaqişəyə, qardaş qanının tökülməsinə son qoymağa çağırıb və dialoqa qayıtmağa dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR