Fələstinlə bağlı forumda 30 ölkə iştirak edəcək

Fələstinlə bağlı forumda 30 ölkə iştirak edəcək
# 19 oktyabr 2023 21:56 (UTC +04:00)

Oktyabrın 21-də Misirdə keçirilməsi planlaşdırılan Fələstinlə bağlı regional sammitdə 30-dan çox ölkə, eləcə də üç təşkilatın nümayəndələri iştirak edəcək.

APA-nın məlumatına görə, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb. Bildirilib ki, 31 dövlət və üç beynəlxalq təşkilatın nümayəndələri Misir prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə keçirilən forumda iştirakını təsdiqləyib.

BMT-ni Baş katib Antonio Quterreş təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR