Bank Of Baku

Fransa qoşunlarını Malidən çıxarır

Fransa qoşunlarını Malidən çıxarır
# 18 fevral 2022 06:59 (UTC +04:00)

Fransa və onun beynəlxalq antiterror əməliyyatı üzrə müttəfiqləri qoşunlarını Malidən çıxaracaq.

APA-nın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib. Müvafiq qərar ölkənin hazırkı rəhbərliyi ilə fikir ayrılıqları fonunda qəbul olunub. Yelisey Sarayının yaydığı bəyanatda deyilir ki, “Barxan” əməliyyatı çərçivəsində və “Takuba” operativ qrupunun tərkibində fəaliyyət göstərən Kanada və Avropa dövlətləri hesab edir ki, siyasi, operativ və hüquqi şərtlər hazırkı hərbi fəaliyyətin effektiv şəkildə davamına imkan vermir. Səbəb kimi Malinin keçid hökuməti tərəfindən edilən çoxsaylı maneələr göstərilir. Bununla belə, Fransa və müttəfiqləri Sahil regionunda terrorizmlə mübarizəni davam etdirəcək. Region ölkələri ilə hərbi və siyasi əməkdaşlığın yeni çərçivəsi iyun ayında müəyyənləşəcək. Xatırladaq ki, Fransa regionda “Barxan” antiterror əməliyyatına 2014-cü ildə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR