Bank Of Baku

Fransa XİN rəhbəri ölkəsinin BRICS sammitinə dəvət olunmaq arzusunu təsdiqləyib

Katrin Kolonna

© APA | Katrin Kolonna

# 20 iyun 2023 10:53 (UTC +04:00)

Fransanın xarici işlər naziri Katrin Kolonna avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRICS sammitinə Fransanın dəvət olunmaq arzusunu təsdiqləyib.

APA RFİ-yə istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasında səfərdə olan xanım Kolonna bu barədə iyunun 19-da cənubi afrikalı həmkarı Naledi Pandor ilə görüşdən sonra brifinqdə deyib.

Katrin Kolonna Fransanın gələcək BRICS sammitinə dəvət olunmaq istəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu mövzu masadadır: "Bu gün bu barədə danışmamışıq, amma daha əvvəlki görüşümüzdə (26 may, Paris görüşü) danışmışdıq. Biz hesab edirik ki, dialoq həmişə müsbətdir, hətta hər mövzuda 100% razı olmasanız belə, bir-birinizi başa düşmək və həll yollarını tapmaq üçün danışmaq lazımdır”, - deyə o bildirib.

"Biz yüksək səslə düşünürük bunu ifadə edirik, amma aydındır ki bu, yalnız müvafiq ölkələrin verə biləcəyi bir qərardır - bu dialoqu, bəlkə BRICS sammitində və ya başqa formatda davam etdirmək olar", nazir əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransa mediası diplomatik mənbələr istinadən məlumat yaymışdı ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Afrika Prezidentindən onu BRICS sammitinə dəvət etməyi xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR