Bank Of Baku

Fransanın Nigerdəki səfirinin diplomatik toxunulmazlığı ləğv edilib

Fransanın Nigerdəki səfirinin diplomatik toxunulmazlığı ləğv edilib
# 31 avqust 2023 15:00 (UTC +04:00)

Fransanın Nigerdəki səfirinin diplomatik toxunulmazlığı ləğv edilib.

APA xəbər verir ki, Niger XİN bu barədə Fransa səfirinə məktub ünvanlayıb.

Məktubda deyilir ki, bir neçə gün əvvəl ölkəni tərk etmək üçün səfirə verilən 48 saatlıq möhlət bitdiyi üçün fransalı diplomat Silvain Etti və ailəsinin toxunulmazlığı ləğv edilib.

Həmçinin əlavə olunub ki, Fransa diplomatik missiyasının rəhbərinin ölkədən çıxarılması üçün lazımi tədbirlərin görülməsi barədə polisə tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR