İstanbulda Liviya üzrə Beynəlxalq Təmas Qrupunun Yüksək Vəzifəli Məmurlarının iclası baş tutub.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, iclas zamanı Liviyada baş verən son hadisələr müzakirə edilib, qarşıdakı dövrlə bağlı fikir mübadiləsi aparılıb və BMT-nin səyləri dəstəklənib.