İtaliya hökuməti son 10 ildə Liviyadan təyyarə uçuşlarına qoyulan qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba “Tvitter”-də paylaşım edib.
Baş nazir Liviyadan İtaliyaya uçuşların bu ilin sentyabrından başlayacağını bildirib. Abdel Hamid Dbeyba bu qərarın qəbulu ilə bağlı dəstəyinə görə İtaliya Baş naziri Georgia Meloniyə təşəkkür edib.