Kamerun rəsmiləri Ekvatorial Qvineya ilə sərhəddə yerləşən Olamze kommunasında iki şübhəli Marburq xəstəliyi hadisəsi olduğunu bildirdi.
APA-nın məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.
Ekvatorial Qvineya rəsmi olaraq fevralın 13-də Ebolaya oxşar xəstəlik olan Marburq virusunun ilk yayıldığını elan edib.
Qonşu Kamerun naməlum ölümcül hemorragik qızdırmaya yoluxmamaq üçün Ekvatorial Qvineya ilə sərhədi bağlayıb.