Bank Of Baku

Kamerunda milli parlamentin yuxarı palatasına seçkilər başlayıb

Kamerunda milli parlamentin yuxarı palatasına seçkilər başlayıb
# 12 mart 2023 12:47 (UTC +04:00)

Bazar günü Kamerunda parlamentin yuxarı palatasına - Senata seçkilər başlayıb.

APA xəbər verir ki, bu barədə “Journal du Cameroun” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkənin separatçıları qüvvələrinin fəaliyyət göstərdiyi cənub-qərb bölgələrində xüsusi təhlükəsizlik tədbirləri görülüb.

“Seçkilərə hazırlıq və onların keçirilməsi ilə bağlı ciddi işlər görülüb”, - deyə Kamerunun seçki komissiyasının rəhbəri Xesus Erik bildirib.

Qeyd edək ki, yuxarı palata 100 senatordan ibarətdir. 70 senator yer uğrunda 13 siyasi partiyanın namizədləri mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR