Keniyada qayığın batması nəticəsində 70-dən çox insan itkin düşüb

Keniyada qayığın batması nəticəsində 70-dən çox insan itkin düşüb
# 31 oktyabr 2023 06:21 (UTC +04:00)

Keniyanın Taraba ştatında qayığın batması nəticəsində 70-dən çox insan itkin düşüb.

APA “Figaro”ya istinadla xəbər verir ki, qəza zamanı qayığın göyərtəsində yüzdən çox adam olub. Başqa vilayətdəki bazardan qayıdan sərnişinlərin əksəriyyəti qadın və uşaqlar olub.

Xilasedicilər 14 nəfəri xilas edib, 13 nəfərin cəsədi sahilə çıxarılıb. 70-dən çox insan itkin hesab edilir. Qəza zamanı qayıqda azı 104 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR