Bank Of Baku

KİV: İspaniyaya miqrant daşıyan gəmi batıb, azı 39 nəfər ölüb - YENİLƏNİB

KİV: İspaniyaya miqrant daşıyan gəmi batıb, azı 39 nəfər ölüb - YENİLƏNİB
# 22 iyun 2023 02:38 (UTC +04:00)

Mərakeşin Qran Kanariya adası yaxınlığında miqrantları daşıyan gəminin aşması nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisədə 39 nəfər ölüb.

***

21.06.2023

Saat 17:59

Afrikadan Avropaya miqrant daşıyan gəmi İspaniyaya gedərkən Mərakeşin Qran Kanariya adası yaxınlığında batıb və nəticədə ən azı 35 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Reuters” İspaniya Sahil Mühafizə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, İspaniyanın Kanar adalarına gedən gəmidə 59 nəfər olub. Qran Kanariya adasının təxminən 88 mil cənub-şərqində Mərakeş Sahil Mühafizə Xidmətinin apardığı xilasetmə işləri nəticəsində 24 nəfər xilas edilib.

Həlak olan miqrantların arasında 1 uşağın olduğu da qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR