KİV: Kamerunda gölün bəndi uçub, 23 nəfər ölüb

KİV: Kamerunda gölün bəndi uçub, 23 nəfər ölüb
# 09 oktyabr 2023 15:01 (UTC +04:00)

Kamerunda göllərdən birinin bəndi uçub, 23 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata əsasən, uzun müddət davam edən leysan yağışları nəticəsində Kamerunun paytaxtı Yaunde şəhərində göllərdən birindəki bənd su təzyiqinə tab gətirə bilməyib və su axını 30-a yaxın evin dağılmasına səbəb olub.

Ölənlərlə yanaşı, çoxlu itkin düşənlərin də olduğu bildirilib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR