Sudanda toqquşmalar başlayandan 5 minə yaxın insan həlak olub.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, 8 minə yaxın insan yaralanıb.
Qeyd edək ki, Sudanın qərbində yerləşən Qərbi Darfur əyalətində ordu ilə xüsusi təyinatlı dəstələri arasında döyüşlər gedir. Bununla yanaşı əyalətdə həmçinin tayfalar arasında silahlı toqquşmalar davam edir.