Bank Of Baku

KİV: Üsyançılar Nigerin Fransadakı səfirinin oğlunu saxlayıblar

KİV: Üsyançılar Nigerin Fransadakı səfirinin oğlunu saxlayıblar
# 09 avqust 2023 15:38 (UTC +04:00)

Nigerin Fransadakı səfirinin oğlu üsyançılar tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bir müddət əvvəl Nigerdəki üsyançılar ölkənin Fransadakı səfiri Aişata Bulama Kanenin vəzifəsindən uzaqlaşdırıldığını bəyan etmişdilər. Buna səbəb kimi səfirin yeni hakimiyyəti tanımaması göstərilmişdi.

Bu gün isə onun oğlu İdrissa Kane paytaxt Niameydə dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilərək saxlanılıb. Sabiq səfirin oğlunun işi Korrupsiyaya və Oxşar Cinayətlərə Qarşı Mübarizə Baş İdarəsinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR