Konqoda çevriliş xəbəri təkzib olunub - YENİLƏNİB

Konqoda çevriliş xəbəri təkzib olunub - YENİLƏNİB
# 17 sentyabr 2023 22:33 (UTC +04:00)

Konqo Respublikası hökumətinin sözçüsü Tyeri Lezen Munqala dövlət çevrilişi ilə bağlı şayiələri təkzib edib.

APA xəbər verir ki, Munqala ölkədə hər şeyin sakit olduğunu bildirib.

"Konqonun paytaxtı Brazzavildə bəzi ciddi hadisələrlə bağlı inanılmaz məlumatlar ortaya çıxıb. Hökumət bu saxta xəbərləri təkzib edir. Biz əhalini sakit şəkildə öz işləri ilə məşğul olmağa dəvət edirik", - o, X sosial şəbəkəsində bildirib.

***

21.23

Bəzi media qurumları Konqo Respublikasında dövlət çevrilişi baş verdiyi barədə məlumat yayıb.

APA yerli KİV-ə istinadla bildirir ki, çevrilişə prezident qvardiyasının komandiri rəhbərlik edir. Ölkə prezidenti Nyu-Yorkdadır, ordu paytaxtdakı əsas obyektləri nəzarətə götürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR