Konqo Demokratik Respublikasında (KDR) Demokratik Qüvvələr Alyansının qruplaşmasının silahlıları tərəfindən azı 23 nəfər öldürülüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Konqonun Politico xəbər portalı məlumat yayıb.
Bildirilib ki, silahlılar Şimali Kivu əyalətinin Oyça kəndinə hücum ediblər. Ölənlərlə yanaşı, yaralılar da var. Bir qrup sakin girov götürülüb.
Qeyd edək ki, Demokratik Qüvvələr Alyansı qruplaşması 1995-ci ildə Uqandanın qərbindəki müsəlman təriqəti tərəfindən ölkə hökumətinə müxalif islamçı qrup kimi yaradılıb. 2003-cü ildə Uqanda silahlı qüvvələrinin hücumları altında qruplşma qoşunları geri çəkilərək Konqonun şərq bölgələrinə sığınıblar.