Konqo Demokratik Respublikasında Niraqonqo vulkanın püskürməsi nəticəsində son 24 saat ərzində azı 61 zəlzələ qeydə alınıb.
APA “France Presse”ə istinadən xəbər verir ki, bu barədə yerli Seysmoloji xidmət məlumat yayıb.
Ardıcıl baş verən yeraltı təkanların vulkanın ərazisində davam edən maqmatik proseslərlə bağlı olduğu bildirilir.