Konqo Demokratik Respublikasında bazar günü torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Frans Press” agentliyi (AFP) məlumat yayıb.
Hadisə Şimali Kivu vilayətinin kəndlərindən birində baş verib. Yerli hakimiyyət orqanları torpaq kütləsinin çayda paltar yuyan qadınların üstünə töküldüyünü bildirib.