Dövlət liderlərin toxunulmazlığı haqqında qanun BRICS sammitindən əvvəl qəbul edilməyəcək.
APA xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) Prezidentinin müşaviri bildirib.
Qeyd edək ki, növbəti BRİCS sammiti 22-24 avqust tarixlərində Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək.
23 avqustda BRİCS sammitinin əsas hissəsi baş tutacaq, onun çərçivəsində Cənubi Afrikada Prezident Siril Ramaposanın sədrliyi ilə assosiasiyaya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək, tədbirin bir hissəsi qapalı formatda keçiriləcək.
24 avqustda BRİCS ölkələrinin liderləri təşkilatla əməkdaşlığa dəvət olunmuş dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət olunub.