Liviya sahillərində 258 qeyri-qanuni miqrant xilas edilib

Liviya sahillərində 258 qeyri-qanuni miqrant xilas edilib
# 07 oktyabr 2023 03:30 (UTC +04:00)

Liviya sahillərində Sərhədsiz Həkimlər Təşkilatının gəmisi Aralıq dənizini keçməyə çalışan 258 qeyri-qanuni miqrantı xilas edib.

APA “Associated Press” Agentliyinə istinadla xəbər verir ki, xilas edilənlər Neapol yaxınlığındakı Salerno limanına aparılıb. Miqrantların əksəriyyəti Suriya və Misirdəndir.

Oktyabrın 2-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edib ki, İtaliya bu il 2016-cı ildən bəri ən böyük miqrant axını ilə üzləşə bilər. 2023-cü ilin yanvarından indiyədək İtaliyaya 133 mindən çox miqrant gəlib.

Bundan əvvəl İtaliya hökuməti qeyri-qanuni miqrantlarla mübarizə üçün yeni tədbirlər görərək, onların saxlanma müddətini 18 aya qədər uzadıb və ölkənin az məskunlaşdığı ərazilərdə qeyri-qanuni immiqrantlar üçün yeni saxlanma mərkəzləri yaratmaq planlarını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR