Liviyada daşqın nəticəsində ölənlərin sayı 11 mini keçib

Liviyada daşqın nəticəsində ölənlərin sayı 11 mini keçib
# 15 sentyabr 2023 00:44 (UTC +04:00)

Liviyanın şərqindəki daşqınlar nəticəsində ölənlərin sayı 11 mini keçib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, daha 20 min nəfər itkin düşüb.

Sel iki minə yaxın cəsədi dənizə aparıb.

Sentyabrın 12-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəsmi nümayəndəsi, IFRC-nin Liviyadakı nümayəndə heyətinin rəhbəri Tamer Ramazan Liviyada böyük daşqınlar nəticəsində 10 minə yaxın insanın itkin düşdüyünü bildirib.

Sentyabrın 10-da ölkəni "Daniel" siklonu vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR