Liviyada daşqınlar nəticəsində azı 2000 nəfər ölüb - YENİLƏNİB-1

Liviyada daşqınlar nəticəsində azı 2000 nəfər ölüb - YENİLƏNİB-1
# 12 sentyabr 2023 02:31 (UTC +04:00)

Liviya səlahiyyətliləri Derna şəhəri yaxınlığında daşqınlar nəticəsində 2000-dən çox insanın öldüyünü bildirib.

APA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Kanal azı 2000 nəfərin öldüyünü, daha 6000 nəfərin isə itkin düşdüyünü bildirib. Hökumət "Daniel" siklonunun yaratdığı fəlakətli daşqın və yağışdan zərər çəkmiş şərq bölgələrində fövqəladə vəziyyət elan edib.

***

22.42

Liviyada daşqın nəticəsində ölənlərin sayı 2 min nəfəri ötüb, 5 mindən çox adam itkin düşüb.

APA xəbər verir ki, bu barədə Liviya DİN məlumat yayıb.

Nazirlər Şurasının təcili iclasının qərarı ilə ölkədə 2 günlük matəm elan olunub.

***

16.22

Liviyada "Daniel" qasırğasının yaratdığı daşqınlar nəticəsində azı 150 nəfər ölüb.

APA AFP-yə istiandən xəbər verir ki, Liviyadakı Benqazi administrasiyasının sözçüsü Məhəmməd Məsud deyib.

"Daniel" qasırğasının yaratdığı daşqın və leysan yağışları nəticəsində Derna, Cəbəl əl-Əxdar bölgəsi və Əl-Mərc ətraflarında azı 150 nəfər həlak olub", - o bildirib.

Aralıq dənizi bölgəsində tüğyan edən "Daniel" qasırğası son günlər Yunanıstan, Türkiyə və Bolqarıstanda da daşqınlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR