Madaqaskar prezidenti istefa verib

Madaqaskar prezidenti istefa verib
# 11 sentyabr 2023 02:42 (UTC +04:00)

Madaqaskar Prezidenti Andri Rajoelina istefa verib.

APA xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsi məlumat yayıb.

Buna səbəb onun noyabrın 9-da ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi rəsmən təsdiqlənməsidir.

Madaqaskar konstitusiyasına görə prezidentliyə namizəd olmaq istəyən hazırkı dövlət başçısı əvvəlcə istefa verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR