Bank Of Baku

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 31 oktyabr 2025 01:56 (UTC +04:00)

Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasındakı münaqişənin həllinə həsr olunmuş konfransın iştirakçıları KDR-dəki mülki əhaliyə dəstək üçün 1,5 milyard avro həcmində yardım ayırmaq barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Siz birlikdə ən həssas təbəqələr üçün 1,5 milyard avrodan çox yardım topladınız,” – deyə Makron çıxışı zamanı vurğulayıb.

Fransa lideri əlavə edib ki, BMT-nin KDR-yə 2,5 milyard dollarlıq humanitar yardım planı hazırda cəmi 16% maliyyələşdirilib və beynəlxalq ictimaiyyəti “mövcud vəziyyətin təcili xarakterinə uyğun maliyyələşmə təmin etməyə” çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR