Malavinin vitse-prezidenti və daha 9 nəfər təyyarə qəzasında həlak olub - YENİLƏNİB

Malavinin vitse-prezidenti Saulos Çilima

© APA | Malavinin vitse-prezidenti Saulos Çilima

# 11 iyun 2024 11:43 (UTC +04:00)

Malavinin vitse-prezidenti Saulos Çilima təyyarə qəzasında həlak olub.

APA xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, Saulos Çilima və daha 9 nəfər təyyarə qəzasında həlak olub.

Axtarış-xilasetmə əməliyyatından sonra radarlardan itən təyyarə Chikangava meşəsində tapılıb və bütün sərnişinlərin öldüyü məlum olub.

***

10 iyun

Göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çilimanın olduğu təyyarə radarlardan itib.

APA “Malavi 24” telekanalına istinadən xəbər verir ki, təyyarənin meşəlik ərazidə qəzaya uğradığı ehtimal edilir.

Məlumata görə, Malavi Prezidenti Lazarus Çakvera hadisə ilə əlaqədar Baham adalarına səfərini ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR