Husilərin hücumundan sonra alovlanan gəmi Yəmən sahillərində batır

Husilərin hücumundan sonra alovlanan gəmi Yəmən sahillərində batır
# 16 iyun 2024 01:24 (UTC +04:00)

Britaniya Hərbi Dəniz Qüvvələri husilərin hücum etdiyi ticarət gəmisinin alovlandıqdan sonra Yəmən sahillərində batdığı ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) saytında verilən məlumata görə Yəmən sahillərində husilərin hücumu nəticəsində iyunun 13-ü alovlanan ticarət gəmisi yanmağa davam edir və batmaq üzrədir.

Məlumatda həmçinin gəminin ekipajının gəmini təxliyə etdiyi bildirilir.

Gəmi hazırda Cibutidən 55,6 km şimal-şərqdə batmaqdadır. Gəminin hansı ölkəyə aid olması ilə bağlı isə heç bir məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR