Niger Benini 5 vətəndaşını qaçırmaqda ittiham edir

Niger Benini 5 vətəndaşını qaçırmaqda ittiham edir
# 09 iyun 2024 14:02 (UTC +04:00)

Niger hakimiyyəti Benini neft yüklənməsinə nəzarət etmək üçün bu ölkədə olan beş vətəndaşını qaçırmaqda ittiham edib.

APA-nın xəbərinə görə, bu, Niger hökumətinin yaydığı bəyanatda əksini tapıb.

Qeyd edilib ki, iyunun 5-də Beninin Seme-Kpoji limanında Nigerdən neftin yüklənməsinə nəzarət etmək istəyən “Wapco-Niger” (Qərbi Afrika Boru Kəməri Şirkəti) neft şirkətinin bir neçə əməkdaşı Benin tərəfindən oğurlanaraq girov saxlanılır. Niger hakimiyyəti həmin şəxslərin azad olunması üçün bütün tədbirləri görmək niyyətində olduğunu bəyan edib.

Saxlanılanlar arasında “Wapco-Niger”-in baş menecerinin müavini Aminu Hadizatu Ibra və şirkətin 4 yüksək vəzifəli şəxsi var.

Beninin yaydığı məlumatda isə bildirilir ki, saxlanılan iki Niger vətəndaşı ölkəyə saxta sənədlərlə gəliblər, şirkətin işçiləri deyillər.

Niamey Benin Prezidenti Patris Talonu neftin nəqli ilə bağlı müqavilələrin pozulmasında ittiham edib. Nigerin Baş naziri Əli Mahamane Lamin Zein isə daha əvvəl deyib ki, Benin Nigerdə sabitliyi pozmaq üçün göndəriləcək terrorçuları hazırlamaq məqsədilə öz ərazisində Fransa hərbi bazalarını yerləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR